Dərslər 13 - 25.10.2025-ci il tarixlərində təşkil olunacaq. 13.10.2025-ci il tarixində saat 08:20-də Universitetdə olmalı və aşağıdakı sənədləri özünüzlə gətirməlisiniz:
Şəxsiyyət vəsiqəsinin surəti (hər iki üzü);
Əvvəlki təhsili haqqında sənədin əsli:
2.1. Tələbə orta məktəbi bitiribsə, attestatın əsli;
2.2. Tələbə kolleci bitiribsə, subbakalavr diplomunun əsli və diploma əlavənin surəti;
2.3. Tələbə ali təhsil alıbsa, bakalavr diplomunun əsli və diploma əlavənin surəti;
Qəbulu barədə DİM-in saytındakı şəxsi səhifəsindən çıxarış;
3x4 ölçüdə 4 (dörd) ədəd fotoşəkil;
Oğlanlar üçün ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (möhür olan bütün səhifələrin);
İmtiyazlı tələbələrdən tələb olunan sənədlər (əgər tələbənin təhsil haqqına görə hər hansı imtiyazı varsa, həmin sənədlərin əsli və surətləri ilə LDU-nun “Maliyyə və mühasibat şöbəsi”nə yaxınlaşmalıdır);